Dünya

Brüssel Bakı və İrəvan arasında sülhün tərəfdarıdır

25 iyul / 17:30 1 dəq
B1698c75 4fa8 3b34 8cc3 b3aaf4448a60 850
25 iyul / 17:30
Burada sizin reklamınız ola bilər

Belçika hökuməti bu ilin martında Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh sazişi layihəsinin tezliklə imzalanmasına çağırır.

Bu barədə Avropa bürosuna Belçika Xarici İşlər Nazirliyindən ölkə parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamədə ifadə olunan mövqeyə hökumətin yanaşması barədə suala cavab olaraq bildirilib.

“Biz BMT-nin ərazi bütövlüyü, suverenlik və insan hüquqlarına hörmət prinsipləri əsasında davamlı sülhü və regional inkişafı dəstəkləyirik. Belçika Avropa İttifaqının fəal üzvü olaraq, Cənubi Qafqaz regionunda münaqişələrin sülh yolu ilə həllini və beynəlxalq hüquqa riayət olunmasını ardıcıl şəkildə dəstəkləyir”, – XİN-dən bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər