Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İstanbulda Rusiya-Ukrayna arasında üç sahə üzrə işçi qrup yaradıldı

24 iyul / 07:48 2 dəq
Rus ukr istanbul 3
24 iyul / 07:48
Burada sizin reklamınız ola bilər

Rusiya Ukrayna tərəfinə 7 000-dən çox hərbçinin cəsədini təhvil verib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda Ukrayna ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Bu qruplar onlayn formatda işləyəcək.

Medinski deyib ki, tərəflər hər biri üzrə azı 1200 hərbi əsirin qarşılıqlı qaytarılması barədə razılığa gəliblər. Həmçinin Rusiya tərəfi əlavə olaraq daha 3 000 ukraynalı hərbçinin meyitinin qaytarılmasını təklif edib. Əgər Ukrayna tərəfi Rusiya hərbçilərinin cəsədlərini təqdim edə bilsə, bu rəqəm artacaq.

“Ukrayna texniki cəhətdən cəsədləri qəbul etməyə hazır olduqda, onların təhvil verilməsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçiriləcək”, – rusiyalı diplomat qeyd edib.

Medinski həmçinin qeyd edib ki, Ukraynada saxlanılan Kursk vilayətinin mülki sakinlərinin statusuna da aydınlıq gətirilməlidir. Onun sözlərinə görə, razılaşdırılmış 101 bənddən bəziləri yerinə yetirilməyib və Kurskdan olan bütün mülki şəxslər hələ də evlərinə qayıtmayıb.

Diplomat Putin və Zelenski arasında görüş ehtimalına da münasibət bildirib.

“Liderlər arasında görüş yalnız bütün detallı işlər yekunlaşdırıldıqdan sonra baş tuta bilər. Belə bir görüş ancaq o zaman məna kəsb edər ki, prezidentlər sülh prosesində yekun qərar verməyə hazır olsunlar”, – Medinski vurğulayıb.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı