Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

27 avqust / 18:07 2 dəq
Wyppcecm8pntttsn9vmnuljbw6ouwgvl3lnep7zn 825
27 avqust / 18:07
Burada sizin reklamınız ola bilər

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Ann Buayonu ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.

Nazir Ceyhun Bayramov səfir Ann Buayonun Azərbaycan üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində fəaliyyət göstərdiyini bildirib. Azərbaycanda öz diplomatik fəaliyyətini yekunlaşdıran səfir Ann Buayona bundan sonrakı fəaliyyətində uğurlar arzu olunub. Azərbaycan-Fransa münasibətlərində mövcud çətinliklər və çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatları barədə məlumatlandırıb.

Azərbaycanın hər zaman sülh tərəfdarı olduğu və Vaşinqton görüşünün də bunu sübut etdiyi diqqətə çatdırılıb.

Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, habelə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının əhəmiyyəti qeyd olunub.

Səfir Ann Buayo Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı