Rusiya yenidən Kiyevi atəşə tutdu
Ukraynanın paytaxtı Kiyevi Rusiyanın atəşə tutması bir çox bölgədə dağıntı və yanğınlara səbəb olub.
Qerbxeber.com bildirir ki, bu barədə APA Ukrayna mətbuatına istinadən xəbər yayıb. Belə ki, bu gecə Rusiyanın dronlarla Kiyevə kütləvi hücum etməsi çoxlu dağıntı və itkilərə səbəb olub.
Dron hücumları nəticəsində Şevçenkivski, Dniprovski, Darnitski, Svyatoşinskyi, Solomenski rayonlarında bir çox yaşayış binasının zərər gördüyü bildirilir.






