Dünya

Ərdoğan Azərbaycan xalqına və Prezidentinə təşəkkür etdi

20 iyul / 22:46 1 dəq
Erdogan
20 iyul / 22:46
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğon Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyevə təşəkkür edib.

Qerbxeber.com -un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə, o, “20 İyul Sülh və Azadlıq Günü” ilə əlaqədar rəsmi mərasimdə çıxışı zamanı danışıb.

Ərdoğan, Şimali Kipr Türk Cumhuriyyətinin artıq Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarda təmsil edildiyini qeyd edib.

“Son olaraq, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvəsi zamanı Şimali Kipr Türk Cumhuriyyətinin şanlı bayrağı da digər ölkələrin bayraqları ilə yanaşı dalğalandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Can Azərbaycan xalqına Kipr mübarizəmizə verdikləri dəstək üçün bir daha təşəkkür edirəm”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər