Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ABŞ kəşfiyyatı: İranın Fordo nüvə obyektinə ciddi ziyan dəyib

18 iyul / 22:08 2 dəq
Fordo
18 iyul / 22:08
Burada sizin reklamınız ola bilər

ABŞ kəşfiyyatı belə nəticəyə gəlib ki, İranın Fordo nüvə obyektinə endirilmiş zərbə əhəmiyyətli dağıntılara səbəb olub.

Bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Lakin İsfahan və Natanz komplekslərinə dəyən ziyanın həcmi hələ dəqiqləşməyib və bu obyektlər hələ də fəaliyyət göstərə bilər.
Mənbələrin sözlərinə görə, Fordo kompleksinin məqsədli şəkildə sıradan çıxarılması baş tutub, lakin digər obyektlərdə tam məhv etmə halı müşahidə olunmayıb.
“Biz deyə bilmərik ki, İranın nüvə infrastrukturu tamamilə məhv edilib”, – mənbə bildirib.
Konqresə yaxın mənbə isə vurğulayıb ki, hücumun əsas hədəfi olan Fordo obyektində ciddi uğura nail olunub.
Hazırda Vaşinqton zənginləşdirilmiş uran ehtiyatlarının Fordodan köçürülüb-köçürülmədiyini araşdırır. Əgər materiallar zərbədən əvvəl təxliyə olunmayıbsa, onların bir hissəsinin yenidən istifadə olunma riski qalır.
Bildirilib ki, Fordo hücumunda “bunker buster” tipli xüsusi bombalardan istifadə olunub. Lakin İsfahandakı nüvə obyektlərinə eyni silah tətbiq edilməyib. Səbəb kimi, Pentaqonun həmin obyektin geoloji baxımdan “keçilməz müdafiəyə” malik olduğunu dəyərləndirməsi göstərilir.
Qeyd edək ki, İsfahan İranın ən böyük nüvə tədqiqat mərkəzidir və onun infrastrukturu Fordodan daha dərin və möhkəm qayaların altında yerləşir.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı