Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Adaptasiya-Sabitləşmə və ya Uyğunlaşma-Peşəkar idmançı ELNUR NEMƏTOVUN yazısı

14 iyul / 22:56 3 dəq
Elnur nemətov 4
14 iyul / 22:56
Burada sizin reklamınız ola bilər
Son vaxtlar tez tez eşıdılən mövzu .
5 kilo verdim, sonra 10 kilo aldım —axi niyə belə olur?
Başlayırıq arıqlama prosesinə, hər şey əla gedir: əvvəl 5, sonra -8 kilo…
Motivasiya ən yüksək həddədir.
Amma sonra…— İşlər qarışır, hər şey tərsinə getməyə başlayır.
Əvvəlki çəkidən də çox kökəlirik.
Nə oldu, bəs?
Sən demə, adaptasiya dövrünü nəzərə almamışıq.
Bilmək lazımdır ki, arıqlamaq — işin yalnız birinci yarısıdır.
Ən vacibi — arıqladığın çəkinin bədəndə “sabitləşməsidir”, yəni dediyimiz o adaptasiyadır.
Bu proses, illərlə istifadə etdiyimiz telefonu dəyişmək kimidir:
Yeni sistem,
Fərqli menyular,
Yad interfeys…
Əvvəlcə özümüzü itiririk çətin gəlir, başa düşmək vaxt aparır.
Amma bir neçə həftə sonra artıq hər şey normal görünməyə başlayır, alışırıq.
Yeni telefon bizə artıq “öz telefonumuz” kimi gəlir.
Bədən də eynilə belədir.
Əvvəlki “çəki sistemindən” çıxıb yenisinə keçəndə — vaxt və uyğunlaşma istəyir.
Əgər bu uyğunlaşma baş verməsə, bədən “köhnə sistemə” — yəni əvvəlki çəkiyə qayıtmaq istəyəcək.
Yəni bədən bizdən yeni çəkiyə uyğunlaşması üçün vaxt istəyir.
Biz isə bu dövrdə çəki getdi deyə elə bil bir az arxayınlaşırıq:
Yemək vərdişlərimizi əvvəlki halına qaytarırıq
Hərəkətimiz azalır
“Onsuz da arıqlamışam” düşüncəsi yaranır…
Və nəticə:
Bədən itirdiyi çəkini sürətlə və hətta artıqlaması ilə geri qaytarır!!!
Bəs adaptasiya necə olur?
Burada qidalanma planı tam başqa və fərqli yanaşma tələb edir.
Arıqladığımız çəkidə ən az 4–6 həftə stabil qalmamız vacibdir.
Bu mərhələdə bədənin metabolizmi tənzimlənməlidir.
Yəni sadəcə arıqlamaq yox, bədəni dəyişmək və yeni çəkiyə uyğunlaşdırmaq lazımdır.
Bu isə artıq sadə pəhriz yox, peşəkar yanaşma və sistemli planlama tələb edir.
Əgər davamlı və sabit nəticə istəyiriksə – adaptasiyanı unutmamalıyıq!

Çünki məqsəd təkcə çəki itirmək deyil — həmdə onu qorumaqdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı