Dünya

Avropa İttifaqı Rusiyaya qarşı bu gün 18-ci sanksiya paketini qəbul edə bilər

14 iyul / 09:15 1 dəq
Sanksiya rus
14 iyul / 09:15
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bu gün razılaşdıra bilər.

Qerbxeber.com xəbər verir ki, bu barədə APAReuters” agentliyinə istinadən məlumat yayıb.

Yeni paketə əsasən, Rusiyadan alınan neftə ilkin qiymət tavanı 47 dollar səviyyəsində müəyyən ediləcək və bu məbləğ hər altı ayda bir yenidən nəzərdən keçiriləcək.

Agentliyin məlumatına görə, Aİ ölkələrinin əksəriyyəti paketdə yer alan elementlərlə razılaşıb, lakin üzv dövlətlərdən biri neftin qiymət tavanı ilə bağlı tərəddüdlərini hələ də saxlayır.

Paylaş
Burada sizin reklamınız ola bilər