Dünya

Aİ ABŞ-ın 30 faizlik tarifləri üzərində razılaşma üçün avqusta qədər çalışacaq

12 iyul / 23:03 1 dəq
Avropa abŞ
12 iyul / 23:03
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı avqustun 1-dək ABŞ-la razılaşma üçün işləməyə hazır olduğunu bildirib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sosial media hesabında paylaşım edib.

AK Prezidenti Aİ-nin öz maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağını qeyd edib:

“Aİ ixracatına 30%-lik rüsum Atlantik okeanının hər iki tərəfindəki müəssisələrə, istehlakçılara və xəstələrə zərər verəcək. Avqustun 1-dək razılaşma üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, biz mütənasib əks tədbirlər əsasında Aİ-nin maraqlarını qorumağa hazırıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən həm Avropa İttifaqından, həm də Meksikadan idxal edilən mallara 30 faiz tarif tətbiq olunacağını açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər