Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Ukraynadan 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

10 iyul / 23:42 2 dəq
Ukr uşaqları
10 iyul / 23:42
Burada sizin reklamınız ola bilər

Ukraynadan 30 uşaq Azərbaycana gətirilib.

Qerbxeber.com APA-ya istinadən  xəbər verir ki, Sosial Xidmətlər Agentliyi sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakıda təşkil olunmuş düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar. Onlar eyni zamanda, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar və onlara peşəkar konsultasiya xidməti göstəriləcək.

Bu proqram 10 gün davam edəcək.

O bildirib ki, proqram çərçivəsində uşaqlar ölkəmizin müxtəlif bölgələrinə səfər edəcək: “Son illərdə müharibədən əziyyət çəkən 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb olunub. Onların arasında valideynlərini itirən və müxtəlif travmalar yaşamış uşaqlar var”.

Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Bildirilib ki, növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı