Su İçib Arıqlamaq- Olanlar və Olacaqlar barədə ELNUR NEMƏTOVUN yazısı
Su İçib Arıqladım! — Amma Gör Nələr Oldu…”
Son dövrlərdə tez-tez eşitdiyimiz “su dieti” əməlli-başlı trendə çevrilib. Bəzilərimiz bunu möcüzəvi arıqlama metodu kimi qəbul edirik, amma bunun zərərli ola biləcəyini çox zaman nəzərdən qaçırırıq.
Gəlin, bu məsələyə bir az aydınlıq gətirək.
Yalnız su içəndə orqanizmdə nə baş verir?
Yəni, yalnız su içmək nə deməkdir?
Yalnız su içmək — qida qəbulunu tamamilə kəsmək və gün ərzində sadəcə su içmək deməkdir.
Bəzən buna “su detoksu” da deyirlər.
Unutmayaq! Su detoksu
yalnız həkim nəzarəti ilə və qısa müddətli detoks məqsədilə bəzi hallarda tətbiq olunur.
Amma biz bunu adətən 1-3 gün, bəzilərimiz isə daha uzun müddət edirik. Məqsəd isə, guya, arıqlamaqdır.
Amma görün, əslində nə baş verir:
İlk 24 saat — bədən enerjini qaraciyər və əzələlərdə yığılan şəkər ehtiyatından almağa başlayır.
2-3-cü gün — enerji ehtiyatı tükəndikcə, bədən piy ehtiyatına keçir.
4-cü gündən sonra — əzələlərdə parçalanma başlayır, çünki bədən əlavə enerji axtarmağa başlayır və əzələdən “qidalanmağa” üz tutur.
Nəticədə:
Maddələr mübadiləsi zəifləyir
İmmunitet zəifləyir
Orqanizmin infeksiyalara qarşı müqaviməti azalır və s.
Buna sizcə, sağlam arıqlamaq demək olar?
Əslində isə…
Su dieti dedikdə — sadəcə, bədənə lazımi miqdarda su verərək arıqlama prosesini sürətləndirmək və orqanizmin təmizlənməsinə kömək etmək nəzərdə tutulmalıdır.
Yəni, bu o demək deyil ki, günlərlə ac qalıb yalnız su içməlisiniz. Bu, bədənə ciddi zərərdir!
Sağlam və ağıllı yanaşma isə belədir:
Lazımi qida qəbulunu kəsməmək şərti ilə, yeməklərdən əvvəl və sonra gün ərzində su qəbulunu bərabər bölüşdürmək vərdişi yaradaraq, su balansını düzgün saxlamaq lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatınin qəbul etdiyi norma — bədən çəkisinin hər kiloqramına təxminən 30-35 ml su təşkil edir.
Belə olan halda bədəndə:
Aclıq hissi azalır
Maddələr mübadiləsi aktivləşir
Orqanizm toksinlərdən təmizlənir
Dəri gözəlləşir, şişkinlik aradan qalxır
Enerji artır, halsızlıq yox olur
Təbii arıqlama prosesi başlayır




