Ağstafa

Ağstafa-Qardabani xəttində işlər son mərhələdə

28 fevral / 10:37 2 dəq
80bfa083 8331 413d 8daf f0dad8990593
28 fevral / 10:37
Burada sizin reklamınız ola bilər

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyyəti ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

“Azərenerji”dən verilən məlumata görə, Gürcüstan Dövlət Enerji Sistemi ASC-nin sədri Uça Uçanaşvilinin də iştirak etdiyi görüşdə Azərbaycanla Gürcüstan enerji sistemləri arasındakı mövcud əməkdaşlıq əlaqələri və bunun perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkənin Gürcüstan olduğunu xüsusi vurğulayan B.Rzayev bildirib ki, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi də məhz Gürcüstandan keçməklə ixrac edir.

Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin son mərhələyə keçməsi barədə geniş müzakirələr aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər