Donald Trampın xüsusi nümayəndəsi İran rəsmiləri ilə danışıqlarına başlayacaq
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, görüşün məqsədi uranın zənginləşdirilməsinin dayandırılması müqabilində İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasını nəzərdə tutan mümkün razılaşmanı müzakirə etməkdir.





