Tramp:İranın nüvə sahəsindəki imkanları dağıdılıb
İran nüvə sahəsindəki imkanlarından məhrum olub.
“Reuters” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O əlavə edib ki, rəsmi Tehran bir daha heç vaxt nüvə proqramını bərpa etməyəcək.
Ağ Evin rəhbəri İranla İsrail arasında atəşkəs razılaşmasına əməl olunmaması hallarına da toxunub:
“Atəşkəs həm İsrail, həm də İran tərəfindən pozulur”




