Siyasət

Ceyhun Bayramov : Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır

21 iyun / 19:47 1 dəq
Ceyhunnn
21 iyun / 19:47
Burada sizin reklamınız ola bilər

Azərbaycan Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən, o cümlədən qonşu İrana qarşı hərbi əməliyyatlardan narahatdır.

Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında bildirib.

XİN başçısı vurğulayıb ki, Bakı beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırır.

Nazir, həmçinin Suriyadakı humanitar vəziyyətə toxunaraq, beynəlxalq ictimaiyyətin regionda bərpa və reinteqrasiya addımlarını dəstəkləməsinin vacibliyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər