Gəncədə ana və qızı itkin düşdü
Gəncə şəhərində 55 yaşlı qadın və onun 21 yaşlı qızı itkin düşüb.
“Report”un məlumatına görə, Gəncə şəhər Cavad Xan qəsəbəsində yaşayan, 1965-ci il təvəllüdlü Zahirə Məmişova və onun qızı, 1999-cu il təvəllüdlü Günel Əmrahova fevralın 23-də evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Bununla bağlı yaxınları polisə məlumat veriblər və hər iki şəxsin tapılması üçün axtarışlara başlanılıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı