Rusiya bu istiqamətlərdən hücum edir
Rusiya işğalçı qüvvələri Donetsk vilayətində Konstantinovkanı üç istiqamətdən mühasirəyə almağa çalışır. Şiddətli döyüşlər gedir.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” əməliyyat-strateji qruplaşmasının mayoru Viktor Trequbov məlumat verib.
Onun sözlərinə görə, rus qoşunları Pokrovsk istiqamətindən – Pokrovsk-Konstantinovka magistral yolu ilə Konstantinovkaya daxil olmağa çalışır.
Trequbov qeyd edib ki, hazırda ən gərgin döyüşlər məhz burada gedir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı