İsrail İranı vurdu-Müharibə başladı
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirir.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
İsrailin nüvə obyektlərini,ordu rəhbərliyini,raket bazlarını hədəfə alıb. Təbriz aeroportu vurulub, həmçinin Tehranda partlayışlar olduğu bildirilir.
“Fars” agentliyi yazıb ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib.
Bu arada İsrailin müdafiə naziri İsrail Katz ölkə daxilində fövqəladə vəziyyət elan edib:
“İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.
İsraildə bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.



