Dünya

Rusiya Ukraynaya 1200-dən çox cənazə təhvil verdi

11 iyun / 16:09 1 dəq
Meyit deyişme
11 iyun / 16:09
Burada sizin reklamınız ola bilər

Rusiya 1212 hərbçinin meyitini Ukraynaya təhvil verib.

Qerbxeber.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Cənazələri təhvil verilənlər Rusiyanın Kursk, Ukraynanın Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində həlak olublar.

Beynəlxalq Qızıl Xaç Komitəsi prosesə köməklik göstərib.

“Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə mərhumun şəxsiyyətini ən qısa zamanda müəyyən edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Rusiya və Ukrayna hərbçilərin meyitlərinin təhvil verilməsi ilə bağlı iyunun 2-də İstanbulda razılığa gəliblər.

Paylaş
Burada sizin reklamınız ola bilər