Dünya

ABŞ Londonda Çin səfirliyinin açılmasından narahatdır

8 iyun / 11:46 1 dəq
ABŞ
8 iyun / 11:46
Burada sizin reklamınız ola bilər

ABŞ Böyük Britaniyaya Çinin Londonda yeni səfirlik açması ilə bağlı xəbərdarlıq edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşrə ABŞ-nin yüksək rütbəli məmuru deyib: “Birləşmiş Ştatlar Çinin potensial olaraq ən yaxın müttəfiqlərimizdən birinin məxfi məlumatlarına çıxış əldə etməsindən dərin narahatdır”.

Qeyd olunub ki, Çinin gələcək səfirliyinin binası Britaniya paytaxtının iri maliyyə mərkəzləri arasında yerləşir. Yaxınlıqda isə Amerikanın bir neçə data-mərkəzi də var.

Vaşinqton Pekinin məxfi məlumatlara çıxış əldə edə biləcəyindən narahatdır.

Paylaş
Burada sizin reklamınız ola bilər