Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
QHT Xəbər

Qazaxda intellektual turnir keçirildi

13 aprel / 17:53 2 dəq
13 aprel / 17:53
Burada sizin reklamınız ola bilər

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə gənclər arasında “Nə?”, “Harada?”, “Nə zaman?” və “Breyn-rinq” intellektual oyunları üzrə rayon turniri keçirilib.

Qazax Gənclər Mərkəzində keçirilən turnirdə rayonda fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin tələbələrindən, eləcə də fəal gənclərdən ibarət komandalar iştirak ediblər.Yarışa ümumilikdə 13 komandadan 65 nəfər gənc qatılıb.

Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov çıxış edərək mərkəz haqda qısa məlumat verib. Qeyd edib ki, mərkəzin yaradılmasında əsas məqsəd gənclərə öz karyeralarını qurmaqda yardımçı olmaq, eyni zamanda, imkanlarını genişləndirmək üçün onlara dəstək göstərməkdir. İ.Süleymanov yarışın qaydalarını izah edərək iştirak edən hər bir komandaya uğurlar arzulayıb.

Sonra 13 komandanın qatıldığı yarış “Nə?”, “Harada?”, “Nə zaman?” formatı üzrə start götürüb.

Bu mərhələdə ən çox xal toplamış Bakı Dövlət Universiteti Qazax filialının “Sarkazm” və “Zəfər” komandaları, eləcə də müstəqil “Stronsium”, “Orion” komandaları “Breyn-rinq” mərhələsinə vəsiqə qazanıblar.

İkinci mərhələdə daha çox xal toplayan “Stronsium” komandası yarışın qalibi adını qazanıb. II yerə “Orion”, III yerə isə “Sarkazm” komandası layiq görülüb.

Qalib və mükafatçılar Qazax GİKM-nin müvafiq diplomları ilə təltif olunublar.

Məlumat üçün qeyd edək ki, bu gündən etibarən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində İntellektual Oyunlar Klubu fəaliyyətə başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı