Cənubi Koreyada Li Jae-Munq liderlik edir
Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
“Exit-poll”un nəticələrinə görə, seçkilərdə müxalif Demokratik Birləşmiş Partiyasının namizədi Li Jae-Munq liderlik edir.
Debatlar zamanı o, Rusiya və Çinə qarşı hədsiz düşmənçiliyə qarşı çıxıb, ABŞ-la ittifaqı Seulun xarici siyasətinin əsası adlandırıb.




