Maraqlı

Biz niyə yeməyimizi kontrol edə bilmirik, nədən kökəlirik?-Ekspert Elnur Nemətovun yazısı

31 may / 11:30 3 dəq
Elnur123
31 may / 11:30
Burada sizin reklamınız ola bilər
 İnsan varlıq olaraq fitrətən gözəlliyə, yaxşı şeylərə, beynimiz isə təbii olaraq dərhal zövq, həzz və mükafat hissi verən şeyləri seçməyə meyllidir.
Əsasən: “Şəkərli və yağlı…”
Bu qidalar beyində dopamin ifrazını artırdığı üçün bizi “asılılıq yaradan” hala gətirir.
Bir çox hallarda biz yeməkdən yalnız aclıq üçün deyil, emosiyalarımızı tənzimləmək üçün də istifadə edirik.
Məsələn: qəmgin, yorğun, gərgin halda və ya darıxdıqda beyin “komfort, rahatlanmaq qidası” istəyir.
Bax, elə səhv və nizamsız qidalanma da buradan başlayır. Burada vacib məqam — beyinin istəyini ona dərhal verməmək, bir az müddəti uzadaraq həmin emosional vəziyyətdən alternativ çıxış yolunu tapmaqdır.
Daha bir səhvimiz — zəif qidalanma ilə baş verir. Məsələn, səhər yeməyindən imtina etməklə günün birinci yarısından sonra bədəni enerji çatışmazlığı vəziyyətinə salırıq. Sonra orqanizm bu çatışmazlığı kompensasiya etmək üçün istəkləri artırır, bu da yenidən nəzarətsiz qida qəbuluna səbəb olur. Sonra da harada və nə gəldi yemək məcburiyyətində qalırıq.
Ona görə imkan daxilində növbəti günün planını öncədən quraraq səhər tələsik halda qaçaqhaqovla evdən çıxmayaq.
Heç yeməmək vərdişi buna görə formalaşır. Normal — az da olsa — səhər yeməyini yeyək. “Vaxtım yoxdur”, “tələsirəm” kimi bəhanələr gətirməyək.
Bir məqam da sosial həyatımızla bağlıdır. Yəni ətraf mühit — el şənlikləri, dost-tanış yığıncaqları və bu kimi tədbirlərdə biz haya-küyə gedib “hamı yeyir, mən yeməsəm yaxşı çıxmaz” deyib şüuraltı tabe olma məqamına düşürük. Bunu nəzarətdə saxlamaq üçün düzgün qida ardıcıllığını bilsək kifayət edər.
“Hamı yeyir, mən də yeyim” şüarımız öz yerində qalacaq — amma hamı xaotik, mən isə heç də geri qalmadan xüsusi ardıcıllıqla və normadan kənara çıxmadan yeyəcəyəm.
Unutmayaq ki, bəhanələrimiz zamanla səhv qidalanma vərdişi yaradır.!
Hətta bir müddətdən sonra bədən bu qidalanma formasına öyrəşdiyindən, düzgün yeməyə keçəndə bizə narahatlıq, aclıq, əhval düşkünlüyü kimi hallar yaradır.
Məhz buna görə yeməklərimizi kontrol edə bilmirik, kökəlirik!
Paylaş
Burada sizin reklamınız ola bilər