Qərb bölgəsində boşanma sayı – Siyahı
2019-cu ildə Azərbaycanda 17 min 148 boşanmanın rəsmiləşdiyi açıqlanıb.
Bakıda ötən il 5 min 347, Sumqayıtda 746, Naxçıvan Muxtar Respublikasında 594 boşanma qeydə alınıb.
“Bölgənin Səsi” Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, qərb bölgəsində ən çox boşanma halı qeydə alınmış şəhər və rayonlar aşağıdakılardır:
Gəncə – 711
Tovuz – 305
Şəmkir – 272
Goranboy – 141
Gədəbəy – 125
Göygöl – 118
Ağstafa – 112




