Dünya

Tramp administrasiyası tələbə vizalarının verilməsini müvəqqəti dayandırıb

28 may / 09:16 1 dəq
68361cdfe114668361cdfe1147174837679968361cdfe114468361cdfe1145
28 may / 09:16
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni tələbə vizalarının verilməsi məqsədilə keçirilən müsahibələri müvəqqəti olaraq dayandırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrə istinadla bildirdiyinə görə, bu addım xarici tələbələrin sosial şəbəkə hesablarının məcburi yoxlanılması imkanlarının nəzərdən keçirilməsi ilə bağlıdır.

Qeyd olunur ki, Tramp administrasiyası Birləşmiş Ştatlarda təhsil almaq üçün müraciət edən bütün xarici tələbələrin sosial şəbəkələr üzrə yoxlanışdan keçməsini tələb edən yeni qaydanın tətbiqini nəzərdən keçirir.

Bu planın həyata keçirilməsi çərçivəsində ABŞ səfirliklərinə və konsulluqlarına yeni tələbə vizası müraciətləri üçün müsahibələrin planlaşdırılmasını müvəqqəti dayandırmaq göstərişi verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər