KİV: Prezident Tramp Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutur
ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür.
Bu barədə “Wall Street Journal” ABŞ prezidentinə yaxın mənbələrə istinadən xəbər yayıb.
Qəzetin məlumatına görə, Rusiyanın bank sektoruna qarşı əlavə sanksiyalar müzakirə olunanlar arasında deyil.
Yeni sanksiyaların məqsədi Vladimir Putini güzəştə getməyə, o cümlədən ABŞ prezidentinin təkid etdiyi 30 günlük atəşkəslə razılaşmağa məcbur etməkdir.
Bildirilir ki, yeni sanksiyalarla bağlı yekun qərar hələ verilməyib və Donald Tramp onları təqdim etməkdən imtina edə bilər.
Qeyd edək ki, bazar günü Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirdiyini bildirərək Rusiya prezidenti Vladimir Putini tənqid edib.





