Dünya

Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi olub

24 may / 09:25 1 dəq
Indir 2025 05 24t092508.274
24 may / 09:25
Burada sizin reklamınız ola bilər

Ukrayna ilə əsirlərin mübadiləsi barədə razılaşmalar çərçivəsində Rusiyaya 270 hərbçi və 120 mülki şəxs qayıdıb.

Qerbxeber.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda onlar Belarus ərazisindədirlər.

Bundan əlavə, nazirlikdən bildirilib ki, cavab olaraq Rusiya Ukraynaya 270 Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirini və 120 mülki şəxsi təhvil verib.

Qeyd edək ki, tərəflər arasında əsirlərin mübadiləsi ilə bağlı razılaşma İstanbulda keçirilən bu yaxınlardakı danışıqlar zamanı əldə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər