Dünya

“Tottenhem” UEFA Avropa Liqasının qalibi olub

22 may / 08:27 1 dəq
Indir 2025 05 22t082655.814
22 may / 08:27
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib.

Qerbxeber.com xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb.

Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla “Tottenhem” titulun sahibi olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı