Dünya

Pezeşkian: Biz qonşularımızla qardaşlıq və bərabərlik üçün çalışırıq

15 may / 11:42 1 dəq
Mesud Pezeshkian
15 may / 11:42
Burada sizin reklamınız ola bilər

“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik”.

Qerbxeber.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz müharibə yox, sülh axtarırıq. Biz ölkə daxilində və qonşularımızla – Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə sülh və sabitliyin ardıncayıq və qardaşlıq və bərabərlik üçün çalışırıq”, – Pezeşkian qeyd edib.

O vurğulayıb ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarada bilərlər.

İran Prezidentinin sözlərinə görə, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.

Paylaş
Burada sizin reklamınız ola bilər