İdman

“Köhlən atlar” dünya reytinqində 10 pillə yüksəlib

11 may / 15:30 1 dəq
Qarabag
11 may / 15:30
Burada sizin reklamınız ola bilər

“Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.

Məlumata görə, Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.

“Zirə” (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən “Sabah” (68.5 xal) 367-ci ola bilib.

“Araz-Naxçıvan” (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.

Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi “Real” (490 xal) başçılıq edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı