Azərbaycanın XİN-i İraqa gedib
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Nazirlikdən Qerbxeber.com-a verilən məlumata görə səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı