Dünya

Türkiyədə çox sayda FETÖ-çu saxlanılıb

6 may / 13:02 1 dəq
Indir 2025 05 06t130215.579
6 may / 13:02
Burada sizin reklamınız ola bilər

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Qerbxeber.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

O bildirib ki, 47 bölgədə baş tutan əməliyyat nəticəsində təşkilatla əlaqəsi olmaqda şübhəli bilinən 208 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin şifrələnmiş messencer proqramları vasitəsilə gündəlik onlayn toplantılar keçirdiyi və yaradılan şirkətlər vasitəsilə terror təşkilatı, eləcə də onun üzvlərini maliyyələşdirdiyi ortaya çıxıb.

Paylaş
Burada sizin reklamınız ola bilər