Dünya

Azərbaycanda BMT-nin Əhali Fondunun fəaliyyəti başa çatıb

6 may / 09:49 1 dəq
Images (69)
6 may / 09:49
Burada sizin reklamınız ola bilər

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə təşkilat rəsmi saytında məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycanda mövcud olduqları 30 il ərzində UNFPA hökumətə və digər milli və yerli tərəfdaşlara ana sağlamlığının yaxşılaşdırılmasında, gender zorakılığına qarşı mübarizədə və əhali siyasətinin təşviqində əsas rol oynayıb.

UNFPA-nın Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi, eləcə də baş qərargahı vasitəsilə davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər