Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Tramp: Bəzi ölkələrə tətbiq olunan gömrük rüsumları ləğv olunmaya bilər

5 may / 08:34 3 dəq
Tramp
5 may / 08:34
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika administrasiyası tərəfindən bəzi ölkələrin məhsullarına tətbiq olunan gömrük rüsumları gələcəkdə ləğv olunmaya bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə bildirib.

Jurnalistin “Rüsumlar daimi olacaqmı, yoxsa gələcəkdə ləğv olunacaq?” sualına cavab verən Tramp deyib: “Xeyr, mən bunu etməyəcəm, çünki əgər kimsə inanırsa ki, tariflər ləğv olunacaq, o zaman niyə ABŞ-da istehsal qurmalıdır?”

Tramp Çinlə ticarət sahəsində çox sərt davrandığını, lakin hazırda Pekinin Vaşinqtonla razılaşma əldə etməyə çalışdığını vurğulayıb: “Bu o deməkdir ki, biz artıq onlarla ticarət etmədiyimiz üçün trilyon dollar itirmirik. Onlar razılaşma əldə etmək istəyirlər. Həqiqətən də, çox istəyirlər. Görək bu necə nəticələnəcək, lakin bu razılaşma ədalətli olmalıdır”.

ABŞ prezidenti bildirib ki, gömrük rüsumlarından amerikalı sahibkarlar üçün istisnalar etməyəcək: “Onların buna ehtiyacı yoxdur”.

Qeyd edək ki, Tramp bu il 2 aprel tarixində 185 ölkə və əraziyə məxsus məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil deyil. 10%-lik universal tariflər 5 apreldən, fərdi tariflər isə 9 apreldən qüvvəyə minib. Daha sonra Tramp bəzi ölkə və ərazilərə qarşı qarşılıqlılıq prinsipinə əsaslanan əlavə idxal rüsumlarının tətbiqini 90 gün müddətinə dayandırdığını açıqlayıb. Ağ Ev bu fasilənin ticarət danışıqları ilə bağlı olduğunu, bu müddət ərzində 10%-lik universal tarifin qüvvədə qalacağını bildirib.

Eyni zamanda, Tramp administrasiyası Çindən idxal olunan məhsullara tətbiq edilən tarifləri 125%-ə qaldırıb. Bundan əvvəl isə Kanada, Çin və Meksikanın ABŞ-a fentanil qaçaqmalçılığına qarşı kifayət qədər mübarizə aparmadıqları iddiası ilə 20%-lik əlavə tarif tətbiq olunmuşdu. Hazırda Çin məhsullarına ABŞ tərəfindən tətbiq edilən ümumi tariflər 145%-ə çatır. Çin isə cavab olaraq 12 apreldən etibarən ABŞ məhsullarına tarifləri 125%-ə qədər artırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı