Ukrayna ordusu Rusiyanın “Strela” zavodunu məhv edib
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavodunu “Qrad” MLRS-dən istifadə edərək atəşə tutub.
Qerbxeber.com “Mash” teleqram kanalına istinadən verdiyi məlumata görə, atəş nəticəsində iki mühafizəçi yüngül xəsarət alıb.
İlkin məlumata görə, zərbələr zavodu tamamilə məhv edib.
RBC-Ukraynanın məlumatına görə, bu zavod Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır.
Obyekt transformatorların, boğucuların, hamar gərginlik tənzimləməli avtotransformatorların, induksiya rulonlarının və müdaxilənin qarşısını alan filtrlərin istehsalında ixtisaslaşıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı