Dünya

Aİ-nin Ermənistandakı müşahidəçiləri Azərbaycan sərhədində müşahidə aparıblar- FOTO – VİDEO

3 may / 13:54 1 dəq
Indir 2025 05 03t135335.821
3 may / 13:54
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Qerbxeber.com xəbər verir ki, avropalı müşahidəçilər fevralın 17-də Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il – 19 fevral 2027-ci ilədək uzadılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər