Hadisə

Şəmkirdə avtoqəza olub

3 may / 12:47 1 dəq
Images (59)
3 may / 12:47
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yol qəzası baş verib.

Qerbxeber.com məlumatına görə, yol qəzası Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Adıgözəlov Elşad Sahib oğlunun idarə etdiyi “Toyota Prado” və Dəllər qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məmmədov Valeh Əhməd oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “Toyota Prado”nun sürücüsü və sərnişini, 1988-ci il təvəllüdlü Vəliyev Tahir Rafiq oğlu xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı