Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Azərbaycanla Qazaxstan arasında təlim keçiriləcək

30 aprel / 21:36 2 dəq
Müdafiə Nazirliyinin binası
30 aprel / 21:36
Burada sizin reklamınız ola bilər

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf Departamentinin nümayəndə heyətinin iştirakı ilə “Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib.

Bu barədə Qerbxeber.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçılarına cari ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulan “Tərlan-2025” birgə PUA təliminin məqsəd və tapşırıqlarını özündə əks etdirən brifinq təqdim olunub.

Qeyd olunub ki, keçiriləcək birgə təlimdə əsas diqqət PUA-lardan istifadə olunmaqla əməliyyatların planlaşdırılması, icra və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və PUA əleyhinə müdafiənin gücləndirilməsinə yönəldiləcək.

Daha sonra Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək birgə təlimə dair bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı