Dünya

Mixail Kavelaşvili bu gün İrəvana rəsmi səfər edəcək

28 aprel / 10:52 1 dəq
Indir 2025 04 28t105213.580
28 aprel / 10:52
Burada sizin reklamınız ola bilər

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana rəsmi səfər edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təkbətək, daha sonra geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

M.Kavelaşvili həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.

Gürcüstan nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski və başqaları daxil olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı