Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zelenski Ukrayna ilə bağlı görüşün tarixini açıqlayıb

21 aprel / 23:50 2 dəq
Zelenski Yeni
21 aprel / 23:50
Burada sizin reklamınız ola bilər

Ukrayna Böyük Britaniya, Fransa və ABŞ ilə birlikdə aprelin 23-də Londonda Rusiya ilə müharibəyə son qoymağın yollarını müzakirə edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində məlumat verib.

Ukrayna dövlət başçısının sözlərinə görə, o, Böyük Britaniyanın Baş naziri Kir Starmerlə yaxşı və ətraflı danışıqlar aparıb.

“Artıq çərşənbə günü nümayəndələrimiz Londonda işləyəcək. Ukrayna, Böyük Britaniya, Fransa, ABŞ. Biz real və davamlı sülhün bərqərar olması ilə qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün mümkün olan ən konstruktiv şəkildə irəliləməyə hazırıq”, – Zelenski vurğulayıb.

O qeyd edib ki, əlavə şərtlər olmadan atəşkəs sülhə doğru ilk addım olmalıdır və Pasxa Rusiyanın hərəkətlərinin müharibənin uzanmasına səbəb olduğunu göstərib.

Zelenski əlavə edib ki, Starmer ilə Avropa təhlükəsizlik formatlarında birgə işi müzakirə edib.

Xatırladaq ki, ötən həftə Ukrayna, Amerika, Almaniya, Fransa və Britaniya rəsmiləri Parisdə danışıqlar aparıb. Onlar Ukrayna və Rusiya arasında davamlı sülhün əldə edilməsi imkanlarını müzakirə ediblər.

Danışıqlarda iştirak edən Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Yermak belə bir görüşün danışıqların yeni formatının başlanğıcı olduğunu qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı