İdman

AFFA İntizam Komitəsi: “Turan Tovuz”un baş məşqçisinin cəzasını açıqlayıb

16 aprel / 14:11 1 dəq
Indir 2025 04 16t140951.732
16 aprel / 14:11
Burada sizin reklamınız ola bilər

AFFA İntizam Komitəsi “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

Qerbxeber.com xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXX turunda, “Sabah”la oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

Ona üç aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib. Tovuz təmsilçisi dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.

Qarşılaşmada qırmızı vərəqə alan “Sabah”ın legioneri Pavol Safrankoya bir oyunluq cəza, paytaxt klubuna isə 500 manat cərimə tətbiq edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər