Dünya

Donald Tramp: “ABŞ İrana qarşı sərt addımlar atmağa hazırdır”

15 aprel / 09:49 1 dəq
67f9c385c4c5467f9c385c4c55174442176567f9c385c4c5267f9c385c4c53
15 aprel / 09:49
Burada sizin reklamınız ola bilər

“Lazım gələcəyi təqdirdə Vaşinqton Tehranın nüvə obyektlərini məhv etməklə, İrana qarşı sərt addımlar atmağa hazırdır.”

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Bu, çox sadədir. Onların nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlarda tez hərəkət etməlidirlər. Çünki onlar artıq nüvə əldə etməyə yaxındırlar. Onlar nüvə silahına sahib olmayacaqlar. Əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik”, – o bildirib.

Daha sonra jurnalistlərdən birinin sərt tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması ilə bağlı sualına Tramp “Əlbəttə”, – deyə cavab verib.

Paylaş
Burada sizin reklamınız ola bilər