İdman

Azərbaycanlı güləşçisi Avropa birincisi oldu

14 aprel / 09:28 1 dəq
Indir 2025 04 14t092607.255
14 aprel / 09:28
Burada sizin reklamınız ola bilər

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Qerbxeber.com xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib.

Rəqibini 7:3 hesabı ilə üstələyən təmsilçimiz 2-ci dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçilərimiz isə 1 gümüş və 1 bürünc qazanıblar. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər