Dünya

Deyvid Lammi: “Gürcüstan xəttini dəyişməsə, bütün imkanları nəzərdən keçirəcəyik”

12 aprel / 11:12 2 dəq
Emcode d82d08225401c9cc814e1c58ea9bea5c
12 aprel / 11:12
Burada sizin reklamınız ola bilər

“Gürcüstan hazırkı trayektoriyasını dəyişməyincə, Böyük Britaniya əlimizdə olan bütün imkanları nəzərdən keçirməyə davam edəcək”.

Qerbxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lammi bəyanat verib.

Onun sözlərinə görə, tətbiq olunan sanksiyalar göstərir ki, Böyük Britaniya üçün məsuliyyətdən yayınmanın kobud üsulları qəbuledilməzdir.

“Miting iştirakçılarına, jurnalistlərə və müxalifət nümayəndələrinə qarşı sərgilənən ağlasığmaz zorakılıq kadrları hər kəsi şoka saldı. Artıq 100 gündən çox vaxt keçib, lakin hökumət hələ də məsul şəxsləri cavabdeh tutmayıb – buna baxmayaraq, ‘Gürcü Arzusu’ partiyası öz vətəndaşları üçün demokratik gələcək qurduğunu iddia edir.

Bugünkü sanksiyalarımız bir daha sübut edir ki, Böyük Britaniya məsuliyyətdən yayınmanın bu cür kobud yollarını qəbul etmir. Gürcüstan mövcud trayektoriyasını dəyişməyənədək biz əlimizdə olan bütün imkanları nəzərdən keçirməyə davam edəcəyik. Biz gürcü xalqını, onların fundamental azadlıqlardan istifadə etmək və Avropa yolunda irəliləmək hüququnu dəstəkləyirik”, – deyə Deyvid Lammi vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər