Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İdman

Avropa çempionatına qatılacaq güləşçilərimizin adları açıqlanıb

4 aprel / 09:57 2 dəq
D86d2fd5 7395 3342 8e41 237c06aa4d0e 850 (1)
4 aprel / 09:57
Burada sizin reklamınız ola bilər

Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.

“X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Abubakr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) məsul yarışda çıxış edəcəklər.

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 qadın güləşçi – Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Ruzanna Məmmədova (62 kq) xalçaya çıxacaqlar.

Yarışın sonlarında isə yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun rəhbərlik etdiyi heyətdə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıblar.

Avropa çempionatında I-S kateqoriyalı hakimlər – Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.

Qeyd edək ki, görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı