Dünya

BVF Ukraynaya 400 milyon dollarlıq növbəti tranşın ayrılmasını təsdiqləyib

29 mart / 09:38 1 dəq
67e720128992467e7201289925174320027467e720128992267e7201289923
29 mart / 09:38
Burada sizin reklamınız ola bilər

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası ölkənin yeddinci iqtisadi icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib və bu sazişlərə əsasən, Kiyev 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində daha 400 milyon dollar məbləğində tranş alacaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında deyilir.

“Bu gün BVF-nin İcraçı Direktorlar Şurası EFF-nin Ukrayna üzrə yeddinci baxışını başa çatdırıb və bu, Ukraynaya 400 milyon dollara yaxın vəsait ayırmağa imkan verib. Bu, büdcənin dəstəklənməsi üçün istifadə olunacaq”, – sənəddə deyilir.

Beləliklə, BVF-nin kredit proqramı üzrə ödənişlərin ümumi məbləği təxminən 10,1 milyard dollar təşkil edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər