Dünya

Moskvada Rusiya və Çin XİN başçılarının görüşü keçiriləcək

28 mart / 12:15 1 dəq
67e6555d7ea2867e6555d7ea29174314838167e6555d7ea2667e6555d7ea27
28 mart / 12:15
Burada sizin reklamınız ola bilər

Aprelin 1-də Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Rusiyada rəsmi səfərdə olacaq Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında görüş keçiriləcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin mövzularını, o cümlədən ən yüksək və ali səviyyələrdə təmasları, həmçinin beynəlxalq gündəmdəki ən aktual məsələləri, o cümlədən Ukrayna ətrafında böhranın həlli perspektivlərini müzakirə edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər