Dünya

Əkrəm İmamoğlu 4 gün polis nəzarətində qalacaq

19 mart / 14:30 1 dəq
67da9a1af3e5067da9a1af3e51174237954667da9a1af3e4e67da9a1af3e4f
19 mart / 14:30
Burada sizin reklamınız ola bilər

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və saxlanılan digər şəxslər 4 gün polis nəzarəti altında qalacaq.

Qerbxeber.com-un verdiyi xəbərə görə, bu barədə CNN TÜRK məlumat yayıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb.

Ümumilikdə 100-dən artıq şəxsin saxlanıldığı bildirilir. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan iki istintaq çərçivəsində İmamoğlu və digər şübhəlilər PKK ilə ortaq fəaliyyət, PKK üzvlərini işə yerləşdirmək, korrupsiya və rüşvət cinayətlərində təqsirləndirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər