Avropanın Rusiyaya qarşı hərbi planı: böyük hazırlıq başlayır
Avropa İttifaqı (Aİ) yeni plan hazırlayır.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Bildirilib ki, bu, müdafiəyə dair “Ağ Kitab” layihəsidir və yenidən silahlanmanı nəzərdə tutur.
Sənəddə qeyd olunur ki, Avropa müdafiəsinin bərpası uzun müddət ərzində irimiqyaslı investisiyalar tələb edir.
Məlumata görə, layihə Aİ-nin müdafiə üzrə komissarı Andrius Kubilius və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən hazırlanıb.
“Mətnə əsasən, Rusiya ittifaq ölkələri üçün ekzistensial təhlükədir. Bununla əlaqədar Ukraynada münaqişə bitdikdən sonra birgə hərbi sənaye kompleksinin yaradılması, üçüncü ölkələrdən müdafiə alışlarının artırılması, həmçinin Kiyevə hərbi yardımın artırılması təklif edilir”, – deyə vurğulanıb.




