Dünya

Sibiqa: Ukrayna atəşkəslə bağlı işçi qrupu yaratmağa hazırdır

12 mart / 15:17 1 dəq
67d1687ddae9e67d1687ddae9f174177702167d1687ddae9c67d1687ddae9d
12 mart / 15:17
Burada sizin reklamınız ola bilər

Ukrayna atəşkəsin həyata keçirilməsinə hazırlıqla məşğul olacaq işçi qrupu yaratmağa hazırdır.

Qerbxeber.com Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında deyib.

“Biz Rusiya tərəfinin mövqeyini gözləyirik. ABŞ tərəfi onlarla əlaqə saxlayacaq. Biz öz tərəfimizdən bu atəşkəsə necə nail olacağına dair yol xəritəsini hazırlayacaq müvafiq qrup yaratmağa hazırıq”, – o deyib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklifini dəstəkləyib və qəbul edib.

Paylaş
Burada sizin reklamınız ola bilər